Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Gəncədə bomba həyəcanı

Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat daxil olub

Gəncə Beynəlxalq Hava limanında axtarış tədbirləri davam etdirilir.

Gəncə Beynəlxalq Hava limanında axtarış tədbirləri davam edir. Gəncə Şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, hava limanına bomba qoyulması barədə məlumat vermiş şəxs Gəncə şəhər sakini 1981-ci il təvəllüdlü Həsənov Anar Məhərrəm oğludur. Onun spirtli içki və ya narkotik aludəçisi olduğu ehtimal edilir. Polis onun ünvanını müəyyən edib və hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

**** 22.08

Gəncə Şəhər Baş Polis İdarəsinə Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Gəncə Şəhər Baş Polis İdarəsindən apa-nın qərb bürosunun müxbirinə verilən məlumata görə, Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat saat 20 radələrində daxil olub. Xəbərə görə, aeroportda partlayıcının olması barədə polisə zəng edib məlumat verən şəxs öz şəxsiyyətini də açıqlayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Hazırda nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aeroportun ərazisində müvafiq təhlükəsizlik tədbirləri görür və əraziyə baxış keçirirlər.
1765 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber