Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Pentaqon Kiyevi tək qoyur

ABŞ Ukraynada Hava Hücumundan Müdafiə Sistemi (HHMS) yerləşdirməyə hazırlaşmır.

Bunu Dövlərt Departamentinin nümayəndəsi Mari Xarf ötən gün keçirdiyi brifinqdə bildirib.

O, Ukrayna hakimiyyəti nümayəndələrinin bununla bağlı söylədikləri fikir haqqında verilən suala cavabında deyib: "Nə Amerikanın, nə də NATO-nun Ukrayna ərazisində HHMS-in yerləşdirilməsi ilə bağlı heç bir planı mövcud deyil."

Onun sözlərinə görə, NATO-nun raket əleyhinə müdafiə sistemləri Rusiyaya qarşı yönəldilməyib.

Xatırladaq ki, Ukrayna ABŞ-dan ölkəsində NATO sistemlərinin yerləşdirilməsini istəyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bunun təhlükəli addım olacağını bildirib.
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06