Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

AMİU-da tələbələrdən «diplom pulu» yığılır

Təhsil alan gənclərdən 1200 manat tələb olunur

Ötən gün xəbər vermişdik ki, Gəncə Dövlət Universitetində (GDU) tələbələrdən diplom üçün pul yığılır. Həmin məlumatlarda vurğulanırdı ki, sonuncu kurs tələbələrindən tələb olunan məbləğ 4000 manat civarındadır.

Bu gün isə başqa bir universitetin tələbəsi yazıb ki, onun təhsil aldığı ali məktəbdə də eyni vəziyyət yaşanır. Fərhad adlı tələbənin bildirdiyinə görə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində də tələbələrdən diplom üçün pul yığılır.

Onun sözlərinə görə, bu ilin əvvəlində tələbələrdən əvvəlcə 1200 manat tədris haqqı alınıb. Fevral-mart aylarından isə onlardan diplom üçün daha 1200 manat tələb olunur. Həmin vəsaiti verməyən tələbələr üçün problem yaradıldığı bildirilir./jam.az/
552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24