Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

İraq Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək

Amerika Birləşmiş Ştatlarının etirazlarına baxmayaraq, İraq hökuməti Rusiya ilə müdafiə sənayesində əməkdaşlığa davam edəcək. Rəsmi Moskva İŞİD qruplaşmasına qarşı mübarizə məqsədilə İraqı silahlandırmağa razılıq verib.

İraqın baş naziri Heydər əl-İbadi Rusiya prezidenti Vladimir Putinlə görüşündə əməkdaşlığa dair müzakirə aparıb. Moskvada keçirilən görüşdə, eyni zamanda, iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri də gündəmdə olub.

“İraq bizim regionda çoxdankı və etibarlı tərəfdaşımızdır. Dünya və regiondakı iqtisadi vəziyyət çətin olsa da, bizim əlaqələrimiz uğurla inkişaf edir” - deyə Vladimir Putin bildirib.

Əl-İbadi öz növbəsində Rusiyanın terrorizmə qarşı mübarizədə İraqa göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Terrozimə qarşı mübarizədə bugünkü görüşün əməkdaşlıq əlaqələrinə böyük tövhə verəcəyinə ümid edirik. Hazırda da İraqda hərbi, texnologiya və neft sahəsində əməkdaşlıq edən şirkətlər fəaliyyət göstərir”.

İraqın Bəsrə şəhərində Rusiyanın "Lukoyl" şirkətinə məxsus bir neçə neft mədəni fəaliyyət göstərir./ans/
555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı