Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

Əliyev villa sahiblərini tanımırsa...

Nurəddin Məmmədli: «Deməli, ölkə idarə olunmur»

«Ölkə qadağalarla deyil, qanunlarla idarə olunmalıdır»

İlham Əliyevin yanında keçirilən müşavirədə bir sıra maraqlı bəyanatlar səsləndi. Onlardan biri dövlət başçısının “Dostluq” parkı yaxınlığında yerləşən yamaclarda tikilən villalarla bağlı idi. Əliyev müşavirədə bildirdi ki, həmin mülklərin kimə məxsus olduğu bilinmir. Ona görə də o göstəriş verib ki, həmin mülklərin hamısı sökülsün. “Göstəriş verdim ki, sökün o vevləri. Sökün, dərhal biləcəyik onlar kimə məxsusdur. Bu evlərin yamacda tikilməsi üçün təkcə bərkitmə işlərinə milyonlarla manat pul xərclənib”, deyə I.Əliyev vurğulayıb.
Həqiqətənmi dövlət başçısının iştirakı ilə keçirilən müşavirədə edilən etiraflar reallığa uyğundur? Həqiqətənmi bu evləri kimin tikdiyi müvafiq strukturlara məlum deyil? Axı necə ola bilər ki, mənzilində kiçik təmir aparan vətəndaşın üzərini dərhal müxtəlif strukturlar aldığı halda, kifayət qədər geniş və diqqətçəkən ərazidə aparılan tikinti işi nəzərə çarpmayıb.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, ölkədə dəqiq hesabatlılıq olmalıdır. N.Məmmədlinin sözlərinə görə, görülən iş dəqqiq qeydiyyatdan keçməli, bu işi kimin gördüyü dəqiq məlum olmalıdır: “Bu hakimiyyətin mövcud olduğu bütün illərdə beynəlxalq təşkilatlar, müxalifət məmurların gəlir deklorasiyası haqqında qanunun qəbul edilməsini istəyiblər. Amma buna məhəl qoyan olmayıb. Bu istiqamətdə heç bir tədbir görülməyib. Əgər dövlət, ölkə başçısı çoxsaylı villaların kimə məxsus olduğunu bilmirsə, deməli, ölkə idarə olunmur. Yəni bu o qədər çətindir ki, hansı mülkün kimə məxsus olduğunu müəyyən etmək mümkün olmasın. Bu inandırıcı deyil”.
N.Məmmədli vurğuladı ki, sadəcə olaraq I.Əliyev müəyyən ekstremal situasiyalarda özünə haqq qazandırmaq üçün standart fikirlər söyləyir. Sonrakı bədbəxtçiliklər baş verən zaman da bu fikirlər yenidən təkrarlanır: “Ona görə inanmıram ki, binanın kimə məxsus olduğunu müəyyən etmək çətin olsun. Necə olur ki, bu gün şəhərdə hansı oliqarxın hansı villalara sahib olduğunu hamı bildiyi halda xüsusi xidmət orqanları olan dövlətin bunu müəyyən etməsi çətin olsun. Ölkə qadağalarla idarə oluna bilməz. Ölkə qanunlarla idarə olunmalıdır”./azadlıq/
567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:37