Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

Sakinlər yanğın zamanı mənzillərinin qarət olunduğunu deyir

N!DA Vətəndaş Hərəkatı özünün "facebook" səhifəsində mayın 19-da Bakının Binəqədi rayonunda yanan bina ilə bağlı maraqlı məlumat paylaşıb. Məlumatda, bir neçə sakin yanğın zamanı mənzillərinin xilasedicilər tərəfindən qarət olunduğunu iddia edirlər. Məlumatı olduğu kimi təqdim edirik:

"Əziz dostlar, binanın hər iki blokunda apardığım çəkiliş zamanı sakinlər ev əşyalarının oğurlanmasından, seyflərinin açılaraq boşaldılmasından şikayətləniblər. Bu gördüyünüz insan Faiz bəydir. Onun dediyinə görə yanğın zamanı əsasən, əşyalar, qızıllar və bahalı saatlarla və.s birlikdə 400 min manat ziyan dəyib. Çox ağrılı danışırdı. 9 nəfərlik insanın illərlə qazandığı zəhmət bir neçə saatda oğurlanıb. 9 nəfərlik ailə Sərhəd Qoşunları sanatoriyasında 1 otaqlı evə yerləşdirilib.

Videoları paylaşacam. Dərdini danışmağa jurnalistlər axtarırdı. Onun bu acılı danışığı məni içəri keçməyin yolunu tapmağa sövq etdi. Şükürlər ki, polislərdən sıyrılıb keçə bildim. Baxmayaraq ki, bizim KİV haqqında qanunun müvafiq (50-ci konkret) maddələri ilə çəkiliş hüququmuz var. Göstərilən diqqətsizlikdən narazıdır. Deyir ki, mən FH Nazirliyinə, dövlət aparatına, həmin şirkətə şikayət etdim ki, bu üzlükləri vurmayın. Yazılı şikayət. Dövlətdən cavab gəlməsə də, şirkət rəhbərliyi ona deyib, "get işinlə məşğul ol".

Bax belə, seyfindən "Rolex" (12 min manat) Citizen", "Arien" tipli saatlar yoxa çıxıb. Faiz müəllim ev əşyalarının oğurlandığını deyir. Təkcə saatların qiyməti təxminən 25-30 min manatdır. 3 otaqlı evi, qızının cehizləri, öz ev əşyaları, 2 ədəd plazma televizor(onlardan birini 1200 manata almışdı), evində olan 120 min manat və.s. yoxa çıxıb. O bunların oğurlandığını deyir. Hər şey paylaşacağım videoda var. Fotolardan sonra videoları da paylaşacam. Onu evinə saat 10-a qədər buraxmayıblar. Bu da evdə oğurluğun olmasına şərait yaradıb. Bax belə... Yırtıcılıq olub, yardım xidməti yox"./azadlıq/
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı