Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

İŞİD-in irəliləməsində ABŞ-ı ittiham etdi

İraqın vitse prezidenti İyad Allavi ABŞ-ın rəhbərlik etidyi koalisiyanın İŞİD terrorçularına qarşı hava zərbələrini tənqid edib.

İordaniyada keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Allavi bildirib ki, koalisiyanın konkret startegiyası yoxdur.

O, İraq liderlərindən İŞİD-i əzmək üçün strategiya tərtib etməyi və onu koalisiyaya təqdim etməyi xahiş edib. Bu fikir İŞİD İraq şəhəri Ramadiyə nəzarəti ələ keçirməsindən bir həftə sonra səsləndirilir. İraq hökuməti ilə birgə işləyən Xalq Mobilizasiya qüvvələrinin sözçüsü bildirib ki, şəhəri geri qaytarmaq üçün hərbi əməliyyat yaxın günlərdə başlanacaq. O, əməliyyatlara on minlərlə əsgərin cəlb edildiyini bildirir.
550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber