Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

Binəqədinin can alan yolu

Bakı-Şamaxı yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsi deyəsən hər kəsin yadından çıxıb. Əlbəttə ki, söhbət mağıstralın işıqlandırılması və insanların rahat mənzil başına çatmasından gedir.

Sulutəpə qəsəbəsini iki hissəyə bölən şossenin kənarları adamın lap gözünü oxşayır. Yaradılan yaşıllığın işıqlandırılması işləri zamanı yola da elektrik enerjisinin ötürülüməsi unudulub. Bu isə həm piyadaların vurulması, sürüclərin isə məsuliyyətə cəlb edilməsinə şərait yaradır.

Qəsəbə sakinlərinin sözlərinə görə, yolu necə keçirlər Allah bilir. İstəkləri isə həm işıqlandırma, həm də yerüstü piyada keçididir, ona da neçə illərdir ki, həsrət qalıblar.

Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahverdiyeva şifahı olaraq bildirdi ki, məsələdən xəbərdardılar. Amma istər yolun işıqlandırılması, istərsə də, piyada keçidi ilə bağlı işlər rayon icra hakimiyyətinin deyil, aidiyyati qurumların ixtiyarında olan məsələdir.

Onun sözlərinə görə, bu barədə icra hakimiyyəti olaraq, bütün məlumatlar və probləmlər ünvanına çatdırılıb. Aidiyyəti qurumlardan söz düşmüşkən, bu məsələni “Azəryolservis” ASC ilə də dəqiqləşdirdik.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli həmin ərazinin, yəni Hökməli dairəsindən, Sulutəpə qəsəbəsinə, şəhərin mərkəzi istiqamətində olan hissə məhz Binəqədi Rayon İcra Hakimiyyətinin balansındadır və yolun işiqlandırılması məsələsini də adiçəkilən qurum təmin etməlidir./ans/
587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33