Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Yeni konstitusiya dini əsaslı partiyaları qadağan edəcək

Misirdə müsəlman prezidentin devrilməsindən təxminən 5 ay sonra bu gün yeni konstitusiyanın ilkin versiyasının hazırlanması başa çatıb. Konstitusiya ordunun gücləndiliməsi və dini əsaslı partiyaların qadağan olunmasını nəzərdə tutur.

İstiqamet.com "Reuters" xəbər agentliyinə istinadən xəbər verir ki, Konstitusiyanın dekabr ayında referenduma təqdim edilməsi gözlənilir ki, bu da gələn il keçiriləcək parlament və prezident seçkilərindən əvvəl ordunun planlaşdırdığı siyasətin bir hissəsidir.
Mursinin hakimiyyətdə olduğu 1 ildə keçirilmiş referendumda qəbul edilmiş İslami prinsipli əlavələr yeni hazırlanmış konstitusiyada yoxdur.
Konstitusiya qüvvəyə minərsə 8 il hakimiyyətdə olacaq müdafiə nazirini Ali Hərbi Şura seçəcək.
Sisi etiraz aksiyaları təşkil edərək ilk demokratik seçkiylə hakimiyyətə gələn Misir lideri Məhəmməd Mürsini devirmiş, onun dövründə referendumla qəbul edilmiş konstitusiyanı ləğv etmişdi.
Mübarəkin 30 illik iqtidarı dövründə qüvvədə olan dini əsaslı partiyaların yaradılmasına qoyulan qadağa da sənəddə əksini tapır.
Konstitusiya mülki şəsxlərin hərbi məhkəmələrdə mühakiməsinə də icazə verir ki, bu Mübarək dövründə də mövcud olan və demokratiya tərəfdarlarını dəhşətə gətirəcək bir məsələdi.
Həmçinin, parlament seçkilərinin keçirilməsində dəyişiklik nəzərdə tutulur. Seçkilərdə yerlərin üçdə ikisi bitərəf namizədlər, üçdə biri partiyaların namizədləri üçün ayrılacaq. Nəzərinizə çatdırırıq ki, son keçirilən sorğuda İslami partiyalar qalib gəlmişdi.
Müsəlman Qardaşlar hərəkatını şiddət və zorakılıqda ittiham edən Xunta onlara qarşı kompaniyaya başlamışdı. Avqust ayında Mursi tərəfdarlarının düşərgələrinə hücum edərək yüzlərlə insanı qətlə yetirmiş, minlərlə insanı isə həbs etmişdilər. Həbs olunanlar hələ də azadlığa buraxılmayıb.
Müsəlman Qardaşlar ordunu hərbi çevriliş etməkdə günahlandırırlar.
1672 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber