Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

Yanan bina ilə bağlı mayın 24-ə aksiya təyin olundu

«Haqqını Yedirtmə! Övladını Yandırtma!» etirazı Fəvvarələr Meydanında keçiriləcək

Binəqədi rayonu ərazisində kütləvi insan ölümü ilə müşahidə olunan yanğınla əlaqədar şəhərin mərkəzirndə etiraz aksiyası keçiriləcək. Bu barədə Facebookda məlumat yayılıb.

Şəbnəm Əsədullazadə adlı istifadəçi tərəfindən yaradılmış eventdə vurğulanır ki, aksiya mayın 24-ü, saat 16:00-19:00 aralığında Fəvvarələr Meydanında təşkil olunacaq. «Haqqını Yedirtmə! Övladını Yandırtma!» adlanan aksiya ilə bağlı təşkilatçı qeyd edib ki, indiki hakimiyyət Azərbaycanda heç nəyi dəyişəcək gücdə olmamaqla yanaşı, həm də insanların taleyini təhlükə altında qoyur. «Bu ölkədə kim yandırılmır ki? Qarabağ qazilərindən başlamış, fidan körpələrə qədər hamı. Hakim diktatur rejimin idarəçiliyi və talançılıqına istismarcasına kül olunmaqda davam etdirilir. Seçkilərdə Qəbirdən, Məktəbdə Müəllim Sinələrindən,Təqaüdçüsü Cibindən çıxarılan topa-topa bulletin foksları, günü-gündən durmadan artan siyasi dustaqların, onların ailələrinə gətirilən faciələrin, oliqarxların fırıldaqlarına məruz qalan SƏN daha hansı faciələrin fenomenini gözləyirsən?! Bu yanğının dumanı sənində həyatını yandıracaq!!!»/jam/
754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber