Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

Çarpaz yolların ağrısı

(Mübariz Yəmən xalqına həsr olunur)

Bu nədir? Dünyanın başına daşmı düşüb?.. Yox-yox, dünya özü bir qara daşa dönüb, düşüb bəzi naqis insanların, “qan-qan” deyən bəzi təcavüzkar dövlətlərin başına!.. Və bəlkə də elə, o daşın təsiridir ki, çoxları başını itirdiyinin fərqində deyil.
Biz nə edirik? Milyard-milyard aləmlər,milyard-milyard planetlər, ulduzlar içərisində mikroskopik zərrə olan doğma Yer kürəmizi göz-bəbəyimiz kimi qorumaqdan, bütün varlığımızla Onun xoşbəxtlik və əminamanlığına çalışmaqdansa,eləcə də Allah –Təalanın bənni-insana əta etdiyi ömür payına şükranlıq edib mənəvi-əxlaqi-dini dəyərləri uca tutaraq sülhlə, sevgi və harmoniya ilə yaşamaqdansa... bizlər torpaq hərisliyindən doğan müharibələrə, var-dövlət nəfsliyindən, tamah və paxıllıqdan yaranan qanlı-qadalı münaqişələrə,çəkişmələrə,terror hadisələrinə rəvac veririk. Bu gün neçə-neçə ölkə adı çəkmək olar ki, orada günahsız insanlar – məsum körpələr, köməksiz qocalar,qadınlar, Təpəgöz kimi doydum deməyən, müştəbeh dövlət başçılarının torpaq iştahasının, hikkə və mənasız ambisiyalarının qurbanına çevrilir?..
Bu gün Azərbaycanın əzəli torpağı olan Qarabağımız işğal altındadı...
Bu gün Ukrayna ərazisi təcavüzə məruz qalıb... xalqın ah-naləsi ərşə dirənib... Bu gün Yaxın Şərqdə atəş səsləri hələ də səngimir,” idarə olunan xaos” hər gün neçə-neçə insan canı alır...
Bu gün Fələstin torpaqları, Fələstin xalqı İsrail rejimi əlindən qan ağlayır; hətta son illər Qəzza bölgəsində axan çaylar belə qan rənginə boyanır...
Bu gün Səud rejimi öz ağalarının buyruğu ilə, bütün dini və insani dəyərlərə (Allah bağışlasın!) tüpürərək Yəməni bomba atəşinə tutub... Təsir əks-təsirə bərabərdir! Yəmən xalqının qorxub-çəkinmədən nümayiş etdirdiyi mübarizə əzmi düşməni daha da qudurdur...
Belə “bu gün”-lərdən nə qədər sayıb-sadalamaq olar,İlahi!
Belə olarmı? Təcavüz! İşğal! Bu sözlər və bu anlam həmişə dəhşətli bəlalar gətirib. Təcavüz, istila bütün zamanlarda dağıdıcı olub! Müharibə! İnsan cəsədləri...
Üzündə-çöhrəsində qorxu,təlaş, dəhşət və... təəccüb ifadəsi donub qalmış körpə-uşaq, qoca-cavan, qadın-kişi meyitləri... Uçub dağılmış, yanmış evlər,binalar... göz yaşları, qan gölməçələri, ürək parçalayan ağrı-acılar... Dünən Qarabağda, Gürcüstanda,Tunisdə,Fələstində, Əfqanıstanda,Misirdə, İraqda beləydi...
Bu gün Ukraynada, Suriyada,Livanda, Yəməndə belədir!..
Bəs sabah?
Müharibə! Əgər müharibə müqəddəs din, haqq-ədalət və işğala məruz qalmış vətən uğurunda aparılmırsa- Allah-Təalaya müxaliflikdir. Müxaliflikdirsə,deməli, o, şeytan əməli və çox böyük günahdır! Allah yolunda savaşa getmək, xalq, vətən və haqq iş uğrunda vuruşmaq, elə, müharibə və şər əleyhinə vuruşmaq deməkdir. Bu gün Yəmən xalqı işğalçıya, şərə, bədxahlığa qarşı vuruşur. Yalan,harınlıq və riyakarlıqla silahlanmış məkrli düşmənə qarşı vuruşur! Bəli, bu gün yəmənlilər, uşaqdan qocayacan, həyatın nə olduğunu unutsalar da, ölümün nə olduğunu yaxşı bilirlər.
Özgə vaxt insan haqları, insan azadlıqları, humanizm prinsipləri, Beynəlxalq hüquq normaları və s. barədə bar-bar bağıran Qərb dünyası kordumu? Məgər Səudiyyə Ərəbstanının hegimonluğunu, onun heç vəclə haqq qazandırılmayacağı həyasız təcavüzkarlığını, insanlıq əleyhinə etdikləri çeşidli cinayətlərini görmürlərmi?! Məgər Qərb dünyası, ABŞ və bəzi marionetka Ərəb dövlətlər laldılarmı? Nədən azğınlaşmış Səud rejiminin qeyri-insani və qeyri-humanist varvarlığına qarşı səslərini çıxartmırlar?! Görən bu ölkələr nə vaxta qədər ikili standart havası çalıb riyakarlıq rəqsi oynayacaqlar?..
Bunu bilən varmı?
Yəmənin İslam dünyasında sayılıb-seçilən din xadimlərinin günahı, suçu nədir ki?.. Mənəviyyatlı, əxlaqlı, Allahlı olmağa, ləyaqətlə, şərəflə, namus və halallıqla yaşamağa çağrış nə vaxtdan günah sayılır, axı?
Yaxud, artıq həqiqətən “açarıçı itirmiş” Səud rejiminin Yəmən şəhərlərinə yağdırdığı amansız bombalar altında “Allahu-Əkbər!” deyərək Haqq dünyasına qovuşan o dinc,o günahsız əhalinin,o məsum körpələrin təqsiri nədir? Yalanın yüz üzü var, o həmişə xain və tülkü təki hiyləgərdi. Yalançı -insan da ola bilər, bir ölkə, dövlət, məmləkət də. Yalanın həm də, əvvəli olmur. Əvvəli olmayan yolun isə,əlbəttə ki, sonu da olmaz! Təəssüflər və sədd heyf ki, öz təcavüzkar xislətinin əsirinə çevrilmiş Səudiyyə Ərəbstanı məhz bu yolu tutub gedir... Həqiqətin isə cəmi bir üzü var. Düzdür, həqiqət çox vaxt acı,iti və sərt olur,amma həmişə səmimi,aydın və işıqlıdır.
Buyurun,hörmətli oxucu,qiymərdləndirin - seçim və nəticə sizlikdir: Yol kəsişməsində üzləşən iki ölkə, iki dünyaduyumu - biri, qana susamış və dinini, Allahını, keçmişini unudub şeytanın köləsinə çevrilən... Digəri isə - Allahı, dini,vətəni və xoşbəxtliyi uğrunda “uf” demədən ölümə getməyi şərəf sayan! Haqlını-haqsızı, günahkarı-günahsızı müqayisə... istəsəniz, lap mühakimə edin!.. Amma seçim edəndən sonra... var səsinizlə etiraz edib, təcavüzkara "YOX!" deməyi də unutmayın.

Eldəniz Quliyev
788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber