Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

Həbs edilən general qardaşı ilə bağlı ilginc faktlar

Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı daha bir nəfər həbs olunub.

Baş Prokurorluğun rəsmi məlumatına görə, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar binanın “poliuretan” materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qəzənfər Novruzov 2013-cü ilin dekabrında hazırki icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad edilib. İcra başçısı öz müavinini yol verdiyi ciddi nöqsanlara görə işdən çıxardığını bildirib.

Q.Novruzovun işdən çıxarılması ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. Bəzi xəbərlərdə qeyd olunur ki, o, Xaləddin İsgəndərovla münasibətləri yaxşı olmadığı üçün icra başçısı tərəfindən cəzalandırılıb. Digər məlumatlarda isə onun vəzifə səlahiyyətlərindən istifadə edərək küllü miqdarda dövlət əmlakını mənimsədiyi üçün işdən çıxarıldığı qeyd olunur.

Diqqət çəkan bir məqam isə onun millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovla qohum olması xəbəridır. Bəzi KİV-lərdə yayılan informasiyalara görə, həbs edilən Novruzov deputat Siyavuş Novruzoun əmisi oğludur.

S.Novruzov isə bunun tam əksini deyərək Qəzənfər Novruzovu yaxşı tanıdığını, amma onunla qohum olmadığını bildirib: “Onunla heç bir qohumluq əlaqələrim yoxdur. Lakin onu yaxşı tanıyıram. Çox yaxşı kadrdır və bir neçə rayonda çalışıb”.

Bir müddət əvvəl Azərbaycandan qaçması haqda xəbərlər yayılan Novruzovun bir qardaşı Məhərrəm Novruzov Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışıb.

Digər qardaşı Vaqif Novruzov isə Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Qəzənfər Novruzovun daha bir qardaşı Səbuhi Novruzov isə Naxçıvan MR daxili işlər nazirinin müavinidir.

Q.Novruzov indiyə kimi bir sıra vəzifələrdə çalışıb. O, Binəqədidən öncə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

Qeyd edək ki, eks-birinci müavin Qəzənfər Novruzovun adı müxtəlif qalmaqallarda hallandırılırdı. O, eyni zamanda, Binəqədi sakinləri arasında ən çox narazılıq edilən məmurlardan idi./azadlıq/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 10:41
"Maaşdan ə