Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

«Ərdoğanın kürəkəni də gəlmişdi»

Fətullah Gülən Pensilvaniyadan videoyazı göndərdi: «Bunlar ağıllarını itiriblər»

Fətullah Gülən Pensilvaniyadan Türkiyədəki tərəfdarlarına yeni videoyazı göndərib. Videoyazıda Gülən bildirir ki, Pensilvaniyaya (yaşadığı yer) onu ziyarətə gələnlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak da olub: «Kürəkənini qonaq etdim. Üzr istəyirəm, vaxtında evlənsəydim, o yaşda nəvəm olardı. Mən onu heç kimlə görüşmədiyim özəl otağımda qəbul etdim. Qarşılamada heç bir qüsura yol vermədim. Yatdığım fəqiranə yeri də, çalışdığım masanı da gördü. Bütün bunlardan sonra malikanə deyirlər. Bunlar ağıllarını itiriblər».

Qeyd edək ki, Gülən bu açıqlamanı Türkiyə mətbuatında onun yaşadığı yerin malikanə kimi təsvir edilməsinə cavab olaraq verib. Gülənin sözlərinə görə, vertolyotla gəlib qaldığı yerin şəklini çəkiblər və bu şəkilləri malikanə adı altında yayıblar: «Buranı bir vaxtlar özlərinə yaxın biri Allah rizası üçün tikib. Və «Qızıl Nəsil Vəqfi»nə hədiyyə edib. Bir gün tarix onları bütün dünyaya tanıdacaq. İnsanlar isə «Sizin kimi düşünən insanların Allah bəlasını versin» deyəcəklər. Belə də deyəcəklər»(cumhuriyet.com.tr).

Qeyd edək ki, bir müddət əvvəl məlum Pensilvaniya ziyarətləri ilə bağlı Ərdoğan özü də açıqlama vermişdi. Bildirmişdi ki, vaxtilə hökumətdə ayrı-ayrı şəxslərin Pensilvaniyanı ziyarət etməsi kimi bir ənənə olub. Lakin bu xoş niyyətlər qarşılıqsız qaldığından ziyarətlərin dayandırılmasına göstəriş verib. Ərdoğan həmin vaxt Pensilvaniyaya gedənlərdən yalnız baş nazir Əhməd Davudoğlu və keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın adını çəkmişdi. Gülənin tərəfdarı - «Kanal Türk»ün Ankara təmsilçisi Faruk Mərcan isə bildirmişdi ki, Ərdoğanın

Gülənlə görüşə göndərdiyi şəxslər arasında baş nazirin müavini Bülənt Arınç, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan da olub: «Ərdoğandan hoca əfəndiyə gedən mesajlar «Bu həsrət bitsin» səpkili idi. Həmçinin hocadan əmr və dualar istəyirdi».
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı