Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

Nəsrullah: "Təkfirçilərə qarşı səfərbərlik elan edəcəyik"

Livanın aparıcı "Hizbullah" təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bəyan edib ki, o, yaxın müddət ərzində təkfirçilərə qarşı səfərbərlik elan edəcək.

Nəsrullah qeyd edib ki, onun terrorçular və təkfirçilərə qarşı mübarizədə hələ istifadə olunmayan çoxlu sayda tədbirlər var. Nəsrullah "Müqavimət yaralıları" günü münasibətilə Livan xalqı qarşısında çıxış edərək qeyd edib ki, təkfirçilərə qarşı müharibə həlledici döyüşdür. Nəsrullah bununla yanaşı yaxın müddət ərzində təkfirçilərə qarşı səfərbərlik elan edəcəyini də bildirib.

"Hizbullah təkfirçilərə qarşı Hələbdə, Homsda və Dəməşqdə mübarizə aparmasa, bunu Livanın şəhərlərində və kəndlərində etməyə məcbur qalacaq", - deyə "Hizbullah" baş katibi bildirib.

Nəsrullah həmçinin Səudiyyənin, Türkiyənin və Qətərin müqavimətin düşmənlərinin tərəfində durmalarına vurğu edib. Onun sözlərinə görə, "Hizbullah" müqavimət qüvvələrinin göstərdiyi səylər nəticəsində onlar hamısı məğlubiyyətə uğrayıblar./deyerler/
587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...