Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

İraqın Xalidiyyə şəhəri İŞİD-dən təmizləndi

İraq silahlı qüvvələri və könüllü xalq qüvvələrinin Ənbar əyalətində keçirdiyi əməliyyat nəticəsində İŞİD-in işğalı altında olan Xalidiyə şəhərinə nəzarəti ələ almağı bacarıblar.

PressTV-nin verdiyi xəbərə görə, İraq Müdafiə Nazirliyinin mayın 21-də verdiyi bəyanatda artıq Xalidiyyə şəhərinin İŞİD terrorçularından təmizləndiyi qeyd olunur.

Açıqlamada İraqın könüllü xalq qüvvələrinin dəstəyilə İraq ordusunun yaxın müddətdə Ənbar əyalətinin mərkəzindəki Ramadi şəhərinin İŞİD-in işğalından azad edilməsi üçün əməliyyatlara başlayacağı da qeyd olunub.

“Əməliyyat yaxın saatlarda yox, yaxın günlərdə başlanılacaq”, - deyə İraq könüllü xalq qüvvələrinin təmsilçisi Əhməd əl-Əsədi bildirib.

“Bu İraq təhlükəsizlik qüvvələrilə əl-Haşduş-Şabi könüllü xalq qüvvələrinin birgə dəstək verdiyi və on minlərin iştirak etdiyi böyük bir əməliyyat olacaq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, dünən İraqın Səlahəddin əyalətindəki Beyci neft emalı zavodunda İŞİD-in mühasirəsi altında olan 300 İraq əsgəri də İraq ordusunun keçirdiyi əməliyyat nəticəsində azad edilmişdir./deyerler/
627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30