Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

Paytaxt sakini özünü dənizə atıb

Ötən gün axşam saatlarında Bakının Dəniz kənarı Milli Parkı ərazisində intihar cəhdinin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedici tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber