Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

Hakim qaradərili şəxsləri öldürən polis barədə hökm verdi

Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində iki qaradərili vətəndaşı atəş açaraq öldürülən polis əməkdaşı ona qarşı qaldırılan ittihamlardan bəraət alıb.

Maykl Brelo bəraət hökmü qarşısında göz yaşını saxlaya bilməyib.

Brelo 2012-ci ildə onun avtomobilinə atəş açaraq qaçan qaradərili şəxsləri təqib edərək onları yaxalamış, daha sonra tabe olmadıqları üçün şübhəlilərə atəş açmışdı. Hadisə nəticəsində Timoti Rassel və Malisa Uilyams ölmüşdü. Polis əməkdaşının cinayətkarları qəsdlə öldürməsinə qarşı iş qaldırılmışdı.

Hakimin polisin lehinə qərar verməsi etiraz aksiyalarına da səbəb olub. Bir qrup fəal məhkəmə binasının qarşısında toplaşaraq əllirində tabutla ölkənin ədliyyə sisteminə qarşı şüarlar səsləndiriblər.

Amerika Birləşmiş Ştatlarında qaradərililərə qarşı polis zorakılıqlarının gündəmdə olduğu bir vaxtda məhkəmənin belə bir qərar qəbul etməsi ölkədə irqi zəmində yeni qarşıdurmalara səbəb ola bilər.

Prezident Barak Obama bir qədər əvvəl polis zorakılıqlarının qarşısını almaq məqsədilə təhlükəsizlik əməkdaşlarına verilən silahların məhdudlaşdırılmasına dair qanun layihəsi qəbul etmişdi./ans/
573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber