Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Bakıda yeni söküntü dalğası başlayır

Rövnəq Abdullayev neft kəmərlərinin mühafizə zonasındakı evləri sökdürür; Dövlət Neft Şirkətində təşkil olunan komissiya evləri siyahıya alır
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakı-Sumqayıt yolu üzərində, Sulutəpə və Xocasəndə ARDNŞ-ə məxsus neft kəmərlərinin mühafizə zolağında yerləşən evlərin sökülməsi məqsədi ilə komissiyanın yaradılması göstərişini verib. Bu barədə “Yeni Müsavat”a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər.

İlkin mərhələdə komissiya yaradılaraq vətəndaşlar tərəfindən mühafizə zolağında tikilən fərdi yaşayış evlərinin siyahısı tutulacaq. Sənədi olan evlərin sökülməsinə görə, ARDNŞ tərəfindən kompensasiya ödəniləcək. Sənədsiz evlər isə məhkəmə yolu ilə söküləcək.
Bakı-Sumqayıt yolunun üzərində, daha konkret desək “Bakı” futbol klubunun məşq bazasının yaxınlığında, ARDNŞ-in Neft Kəmərləri İdarəsinin qoruduğu mühafizə zolağında ev tikib yaşayanlar isə ərazidəki evlərin çoxunun sənədsiz olduğunu deyirlər. Sakinlərin sözlərinə görə, ARDNŞ onlara məxsus evlərin neft kəmərinin mühafizə zolağında olduğunu iddia edərək, hətta evlərində təmir işlərinin aparılmasına belə mane olurlar. Vətəndaşlara mühafizə zolağının neçə metr olması barədə isə hər hansı qanunverici sənəd təqdim edilməyib. Çıxılmaz vəziyyətdə qalan sakinlər hüquqi yardım tələb edirlər. Ötən gün isə bir qrup sakin bu məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib.

Bəzi evlərin isə sənədləri var. Sakinlər iddia edir ki, 1999-cu ildən əvvəl bələdiyyədən aldıqları sənədli torpaq sahələrində ev tikiblər. Məmməd Səid Ordubadi küçəsinin sakinləri sənədli evlərinin söküləcəyi təqdirdə kompensasiya tələb edəcəklərini söylədilər. Sakinlər ədalətli qiymətləndirmənin keçirilməsi üçün ölkə başçısı İlham Əliyevə də müraciət ediblər.

Mövzu ilə bağlı qəzetimizə şərh verən “İnformasiyalı Cəmiyyət Uğrunda” İctimai Birliyin baş direktoru, vəkil Mehman Muradlı bildirdi ki, Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli qərarı ilə “İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi qaydaları"ı təsdiq edilib: “Ərazidə ev tikilirsə boru kəmərləri üçün hər iki tərəfdən 50 metrlik mühafizə zolağı yaradılmalıdır. Yəni boru xəttindən 50 metr sonra hər hansı iaşə obyekti tikilə bilər. Kənd təsərrüfatına yararlı torpaqlardan keçən boru kəmərləri üçün mühafizə zolağı hər iki tərəfdən 25 metrdir. Ərazidə körpü, keçid varsa boru kəmərləri üçün 100 metrlik mühafizə zolağı yaradılır”.

Qeyd edək ki, hazırda Sulutəpə və Xocasən qəsəbələrində gecəqondu tipli evlərin söküntüsü davam edir. ARDNŞ iddia edir ki, həmin evlərin sahibləri qanunsuz olaraq neft yataqlarının üzərində ev tikərək məskunlaşıblar./musavat/
1992 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55