Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

​İraq ordusu Ramadi şəhərinə hücuma keçib

İraqın hökumət qüvvələri şiə könüllülərin köməkliyi ilə Ənbar əyalətinin əsas şəhəri olan Ramadinin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması üzvlərindən azad edilməsi məqsədi ilə hücuma keçib.
“Report” xəbər verir ki, hökumət qoşunları Ramadinin ələ keçirilməsi üçün əsas şəhər olan Hüseybəyə hücuma keçiblər və ciddi uğur qazandıqları barədə məlumat ötürüblər.
Hüseybə Ramadinin 8 kilometrliyində yerləşir. İŞİD yaşayış məntəqəsini ötən gün ələ keçirib.
Hökumət qüvvələri hücum nəticəsində polis məntəqəsi və yaxınlıqda yerləşən rayonu azad edə biliblər.
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber