Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

Keyfiyyətsiz örtüyün odu və keyfiyyətsiz mövcudiyyətin odu

Bu günlər hamımız ürək ağrısı ilə yanğına səbəb olmuş tezalışan bina örtüyündən danışırıq. İnsanların həyatının faciəvi şəkildə dəyişməsinə səbəb olmuş bir məsuliyyətsizlik və ondan da daha ağır ittihamlara layiq olan bir cinayət. Allah cəmi dünyasını dəyişən əziz həmvətənlərimizə rəhmət eləsin. Bizlərə də bu hadisədən vətəndaş ayıqlığı ilə çıxmağı nəsib etsin.

Mühüm bir ibrət də var bu ürək sızıldadan hadisədə... Əslində qorumalı olan keyfiyyətsiz bir örtük, beləcə fiziki təsirini qoyur. Bu, dünya odudur. Bəs onda görək keyfiyyətsiz mövcudiyyətin nəticəsində qazanılan cəhənnəm odu gerçək mövcudiyyətimizə nə təsir görsədə bilər?!

Allahım, bu nurani Şaban ayında cəhənnəm odundan qurtuluşa səbəb ola biləcək əməlləri həyata keçirtməyi bizlərə nəsib et.

P.S.
Cəhənnəm odu həm də ictimai müstəvidə laqeydliklə qazanılır...

Hacı İlqar İbrahimoğlu

Deyerler
600 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:49