Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

Yəmən MN: "Səudiyyə bizim daha güclü cavabımızı gözləməlidir"

Yəmən Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şərəf Qalib bəyan edib ki, Yəmən Silahlı Qüvvələrinin Səudiyyənin cənubunda yerləşən hərbi bazalarına hücum etməsi yəmənlilərin əl-Səud rejiminə verdiyi cavabın başlanğıcıdır.

Qalib qeyd edib ki, Yəmən ordusunun və qəbilələrinin Səudiyyənin hərbi bazalarına qarşı təşkil etmiş hücumlar, yəmənlilərin Ali-Səud təcavüzkarlarına verilən cavabların başlanğıcıdır. Onun sözlərinə görə, Səudiyyə təşkil olunan hücumların artmasını gözləməlidir.

Qeyd edək ki, son zamanlar Səudiyyənin cənub hissəsində yerləşən hərbi bazalar Yəmən ordusunun və Ənsarullah Husilər hərəkatının nəzarət altına keçib. Bununla yanaşı, Yəmən ordusu Ənsarullah Husilər Hərəkatı ilə birgə Səudiyyənin hərbi bazalarına cavab raket zərbələri endirir. Səudiyyə bu raket zərbələri nəticəsində çoxlu sayda hərbçisini itirib./deyerler/
537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP