Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

Venesueladan sionist İsrail rejiminə daha bir tərs sillə

Venesuela hökuməti Fələstindəki diplomatik nümayəndəliyini səfirlik statusuna qaldıracağını açıqlayıb.

Sputnik-in verdiyi xəbərə görə, Venesuela xarici işlər naziri Delsi Rodriquez sosial şəbəkədə verdiyi açıqlamada bildirib.

"Prezident Nikola Maduronun göstərişilə tarixi Fələstin dövlətindəki nümayəndəliyimizi səfirlik səviyyəsinə çıxaracağıq”, - deyə o bildirib.

Cənubi Amerika ölkəsinin Fələstindəki diplomatik missiyasını səfirlik statusuna yüksəltmək qərarı Fələstin xarici işlər naziri Riyad Əl-Malikinin bu həftə Venesuelaya səfərindən dərhal sonra verilib.

Venesuela mətbuatı Riyad Əl-Malikinin səfəri zamanı Venesuela ilə Fələstin arasında təhsil, ticarət, energetika, kənd təsərrüfatı, səhiyyə, müdafiə və təhlükəsizlik sahələrində 18 əməkdaşlıq sazişi imzaladığını bildirib./deyerler/
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19