Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

Yəməndə Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə vurulub

Səudiyyə Ərəbistanına məxsus "F-16" qırıcı təyyarə Yəmən paytaxtı Sana şəhərinin ətrafında vurulub. "RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə "Yemen Post" nəşri məlumat yayıb.

Məlumata görə, təyyarənin pilotunu aşkarlamaq mümkün olmayıb. İnqilabçı Husilər təyyarənin düşdüyü yerdə 2 mərmi tapıblar.

Nəşr üzərində Səudiyyə Ərəbistanına məxsus fərqlənmə nişanları olan təyyarə qalıqlarının şəkillərini də dərc edib.
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27