Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Pişiklər sahiblərini tanıyırlar

Tokio Universitetinin professorlarının uzun müddət davam edən araşdırmaları nəticəsində məlum olub ki, pişiklər sahiblərinin səsini tanıyırlar, lakin onları eşitmək istəmirlər. Araşdırma zamanı əvvəlcə pişikləri tanımayan 3 nəfər onları adları ilə çağırıb. Pişiklər tanımadıqları səslərə heç bir reaksiya verməyiblər. Sonra isə sahibləri onlara səslənib. Pişiklər sahiblərinin səslərini eşitdikləri zaman başları, qulaqları, ayaqları, quyruqları və gözləri tərpənib.

Maraqlıdır ki, pişiklər sahiblərinin səslərini tanısalar da, yerlərindən qalxmaq istəmədikləri zaman onları eşitməmiş kimi hərəkət edirlər. Mütəxəssislər itlərlə pişiklərin sahiblərinə qarşı fərqli münasibət bəslədiklərini deyirlər. Bunun səbəbi isə itlərin qədim zamanlardan bəri insanların dostu olması, pişiklərin isə yalnız siçan tutmaq məqsədi ilə saxlanılmasıdı.
1842 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:43