Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

Misirdə Sisiyə qarşı silahlı mübarizə başlandı

"İnqilabçı Qartallar" adlı qrup polisləri öldürdü 

Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn prezident Sisinin xalqa qarşı zor tətbiq etməsi ölkədə etiraz dalğasını zorakı üsüllara keçməsinə səbəb olub.

Ərəbcə yayımlanan "Arabi21" internet saytının yaydığı məlumata görə, Misirin Fiyum bölgəsində dünən iki polis öldürülüb. Polislərin öldürülməsinin "İnqilabçı Qartallar" adlı bir təşkilat öz üzərinə götürüb. Təşkilat əməliyyatı ötən həftə xunta rejimi tərəfindən edam edilən 6 gəncə və hərbi çevrilişdən sonra həbs edilən tələbələrə həsr etdiyi açıqlayıb.

"İnqilabçı Qartallar" tərəfindən edilən açıqlamada, öldürülən iki polisin təşkilat tərəfindən təqib edildiyi və onların xüsusu zorakılıqlar etdikləri bildirilib.

"Sadəcə, işgəncə və qətliama qarışan polisləri cəzalandırırıq. Hədəflərimizi maksimum diqqətlə seçirik."
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber