Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Ankarada partlayış: ölənlər və yaralananlar var

Türkiyədə fabiklərdən birində fəhlələrin ölümü və xəsarət alması ilə nəticələnən güclü partlayış baş verib.

Hadisə paytaxt Ankaranın Kazan rayonunda baş verib.

Rayon ərazisində fəaliyyət göstərən sement fabrikində semen qazanı partlayıb və yanğın başlayıb.

Baş vermiş bədbəxt hadisə nəticəsində 3 fəhlə ölüb, daha 2 fəhlə isə yaralanıb.

Partlayışdan sonra hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğının qarşısı alınıb, yaralılar isə yaxınlıqda olan xəstəxanalara çatdırılıblar./ans/
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP