Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Torpaq alverinin başında icra hakimiyyətləri dayanır

Qanunsuz tikililər rüşvətlə özəlləşdirilir

Prezidentin «möhür, ştamp» vuranları yalnız məmurlara «asan xidmət» göstərir


Dövlət hakimiyyətinin icraedici qolunun başçısı - Prezident yanan AZADLIQ (prospektindəki bina) ilə bağlı keçirilən iclasda qanunsuzluqların başında elə hakimiyyətin dayandığını konkret faktlarla boynuna aldı. Torpaq mülkiyyəti hüququnun icra strukturlarının alver predmetinə çevrilməsi ,bələdiyyələrin isə icra hakimiyyətlərinin qanunsuzluğuna, alverinə “asan” “möhür, ştamp xidməti” göstərmələri də vurğulandı.
Demə, prezident xalqa necə xidmət göstərilməsindən bilgili imiş. Xalq da elə bilir, dövlət səviyyəsində baş verən özbaşınalıqlardan dövlətin 1-ci şəxsinin sorağı yoxdur. Dərinə gedilsə, bu özbaşınalıqlarda digər iki hakimiyyət qolunun - məhkəmə və qanunverici hakimiyyətlərin də aparıcı yerdə olması etiraf edilməlidi. Bu hakimiyyətlərin elə icra aparatından idarə olunmasını prezident bilməmiş deyil. Sonucda yanan uşaqlar, XALQ, AZADLIQ olur. 45 ildir yanırıq. AZADLIQımız yanır, uşaqlarımız, xalqımız yanır. Torpaq (bazarı) od tutub yanır, alverin milyonlarla dollara çatan tüstüsündən məmurların başları elə fırlanır, gözləri elə qaralır, ayaqlarının altını görmürlər.
Bakının Nizami rayonu alverin şıdırğı getdiyi rayonlardandır. Məmurların, korrupsiyaya qarşı savaşa görəvləndirilən korrupsiya uğrunda savaşanların şadlıq sarayları rayonun Qarabağ şəhidi adını daşıyan küçələrini işğal edib. Yəqin Prezident bundan da soraqsız olmaz. Şəhid küçələrindəki bu şadlıq saraylarının yiyələri elə prezidentin sağ-soludur. Şəhidlərə, qazilərə isə heç qəbir torpağı da tapılmır. Hələ də əsirlikdə-girovluqdadırlar. Qarabağ qazisi 30 ildir qeydiyyatda olduğu sözügedən rayonda “Torpaq islahatı haqqında” qanunun 14 və 19-cu maddələri ilə təsbit olunan pulsuz 3 pay torpaq hüququna yiyələnə bilmir. Heç pulla da savaş adamları torpaq əldə edə bilmir. Prezidentin “möhür, ştamp” vuranları yalnız məmurlara asan xidmət göstərirlər. Qanunverici qanunun tələbini diqqətə çatdırsa, da onun da “dilini torpaqla bağlayırlar”. Məhkəmənin də öz payı var. Hətta hər “seçki təyinatından” öncə və sonra məhkəmə sədri(??) komissiya üzvlərinə torpaq təklif edir. Elə məhkəmənin torpaq paylamasının sonucudur ki, torpaq hüququ ilə bağlı vətəndaşı ümumi məhkəmə inzibati məhkəməyə tuşlayır, orada isə iddia mümkünsüz sayılır. Yuxarı instansiyalar, Konstitusiya Məhkəməsi də məhkəmə təminatı hüququ və azadlığına qoyulan qadağanı qüvvədə saxlayır. Qarabağ əlilinin istədiyi torpaq sahəsi ya “Bakı” futbol klubuna satılır (indiki Baksell Arena), ya da rüşvət “xeyir-duası” ilə zəbt olunur (“Su səsi” şadlıq sarayının arxasındakı ortalıq 30 sot torpaq). Həmin 30 sotluq torpağı 15 ildir əkib-becərib yaşıllıq salan əlilin oranı sənədləşdirmək istəyinə icra hakimiyyəti və bələdiyyə rayon sakini olmayan şəxsə satmaqla imkan verməyib. Həmin şəxs də ağacları, yaşıllığı məhv edib yerində “qarın obyekti” tikməyə başlayıb. Fövqəladə Hallar Nazirliyi tikintini qanunsuz olduğundan dayandırıb, amma qanuna uyğun olaraq sökülməsinə qərar vermir. Ekologiya və Təbii Səvətlər Nazirliyi(ETSN) isə bir dənə də olun ağac qalmadığı halda kəsinti qeydə alınmadığı barədə saxta akt tərtib edib. ETSN əməkdaşları həmin torpağa ƏMDK-nın çıxarış verdiyini də bildirsə də, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti dəfələrlə çıxarış verilmədiyini diqqətə çatdıraraq, məhkəməyə müraciət etməyi məsləhət bilib. Ədliyyə Nazirliyi(ƏN) faktın cinayət məsuliyyəti yaratdığını bildirib. ƏN-in Bələdiyyələrlə Iş Mərkəzi isə ETSN-ə məktubla müraciət edib. Nizami RIH və bələdiyyəsi isə heç kimə sərəncam, qərar verilmədiyini bildirib. Başqa sözlə, torpağın zəbt olunub, ağacların, yaşıllığın məhv edilməsi təsdiqini tapsa da, hüquq mühafizə orqanları faktla bağlı tədbir görməkdən imtina edir.
Qarabağ əlilləri BŞIH-ə müraciət edib 100 əlilin iştirakı ilə etiraz aksiyası keçirmək niyyətindədirlər; nə yol qalıb ki? Yanmaqdan başqa.../azadlıq/
678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55