Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

5 saylı CÇM-dəki hicab məhbuslarına təzyiqlər edilir

5 saylı CÇM-dəki hicab məhbuslarına təzyiqlər edilir Sözügedən məhbusların may ayının 12 dən etibarən təzyiqlərə məruz qaldığı deyilir

Azərbaycanın həbsxanalarında cəza çəkən möminlərə qərəzlilik davam edir.

Cenubnews.com xəbər verir ki, artıq bir neçə gündür ki, 5 saylı ÇÇM-də cəza çəkən hicab məhbusu Elimxan Hüseynov daxil olmaqla bir neçə məhbus karserə salınıb.

Sözügedən məhbusların may ayının 12 dən etibarən təzyiqlərə məruz qaldığı deyilir.

Xatırladaq ki, Masallı dindarı Ziya Tahirov da bir neçə gündür karserdə saxlanılır.

Qeyd edək ki, may ayının 12 də 5 saylı cəzaçəkmə müəssisəsinə Penitensiar Xidmətin xüsusi təyinatlı qüvvələri yeridilib.Həmin qüvvələr bütün məhbusları xüsusi ilə inanclı məhbusları amansızcasına döyüblər.

İnanclı məhbuslardan Surac Ağayev və bir çox məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) aparılıb.Bu qeyri adi müalicə müəssisəsi Azərbaycanın Quantanamo həbsxanası kimi tanınır.
652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
19.05.17, 21:19
Nağıllar hökuməti
19.05.17, 11:38