Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Sulu qəlyan çəkənlərin nəzərinə - siqaretdən də zərərlidir

Qəlyanın zərərlərindən bəhs edən reportajları sizə dəfələrlə təqdim etmişik. Amma maraqlısı budur ki, gənclər arasında buna maraq get gedə artır. Çoxları hətta hesab edir ki, sulu qəlyan siqaretdən az zərərlidir. Bunu fürsət bilən iaşə obyektləri isə istər qapalı, istərsə də açıq məkanlarda müştərilərə qəlyan təqdim edirlər. Bu zaman isə qəlyan çəkməyən digər müştərilərin ətrafdakı insanların sağlamlığı və hüquqları heçə sayılır.

İstər qapalı məkan olsun istər açıq məkan qəlyan çəkənlərin və onu təklif edən iaşə obyektlərinin sayı sürətlə artır.

Qəlyanda siqaret tüstüsündən iki dəfə artıq zəhərli arsen maddəsi var. Mütəxəssislər bildirir ki, bir qəlyan orta hesabla 4-5 bağlama siqaret qədər ziyandır. Bir saat qəlyan çəkəndə ciyərlərdən siqaretdən 100-200 dəfə daha çox tüstü keçir./xezerxeber/
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14