Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Dəhşətli istilər can aldı: 600 ölü

Hindistanın cənubundakı Andxra Pradeş və Telanqana ştatlarında anomal isti hava 500-dən çox adamın ölümünə səbəb olub.

“RİA Novosti”nin verdiyi xəbərə görə, ölənlərin əksəriyyətinin yaşayış yeri olmayan şəxslərin olduğu bildirilir.

Ən yüksək temperatur – 47 dərəcə isti Andxra Pradeş ştatında, Maçilipatan və Tuni şəhərlərində qeydə alınıb.

Meteoroloqlar havanın temperaturunun yaxın günlərdə artacağını proqnozlaşdırır. Yerli hakimiyyət qurumları əhaliyə evlərini tərk etməməyi tövsiyə edir.

Qeyd olunan bölgələrdə aprel may aylarında havanın temperaturu 40 dərəcədən yuxarı olur.
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...