Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Kadırov: “Putinin güclü əlini sıxdım”

“Rusiyanın Avropa və ABŞ-dakı düşmənləri ölkəmizin belə güclü və stabil olmasından məmnun deyillər”.

Bu barədə Çeçenistan Prezidenti Ramzan Kadırov öz İnstaqram hesabında məlumat yayıb. Kadırov Rusiya Prezidenti Vladimir Putinə ona verdiyi mükafata görə təşəkkür edib:

“Əziz dostlar! Rusiya Prezidenti Vladimir Putin Kremldə mənə “Şöhrət” ordenini təqdim etdi. Bu mənim üçün qiymətsiz mükafatdır! Və mən dünyanın ən ləyaqətli və nüfuzlu liderinin güclü əlini sıxdım. Rusiyanın Avropa və ABŞ-dakı düşmənləri ölkəmizin belə güclü və stabil olmasından məmnun deyillər. Biz heç vaxt Qərbin qaydaları ilə yaşamayacağıq. Biz Ali Baş Komandanın əsgərləriyik və onun istənilən əmrini yerinə yetirməyə hazırıq! Biz Putinə və böyük Rusiyaya xidmət edirik!”

Qeyd edək ki, Putin uzun illər “vicdanlı iş gördüyünə və sosial fəaliyyətinə” görə Kadırova “Şöhrət” ordeni verib./axar/
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:16