Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Şəhid ailəsinə kömək lazımdır - Fotolar

Ermənilərə xərclənəcək pulları olmaz ki şəhid ailəsinə xərcləsinlər?!

Tərtərin Təzəkənd kəndində yaşayan şəhid ailəsi yaşadıqları daxmanın yararsız vəziyyətdə olduğunu və hər an uçmaq təhlükəsi ilə üz-üzə qalmasından şikayətçidirlər.

Mehdiyeva Minarə bildirib ki, həyat yoldaşı Mehdiyev Elman Nəriman oğlu 1992-ci ildə şəhid olandan aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, lakin indiyə qədər heç kim onlara köməklik göstərməyib.

Qeyd edək ki, şəhid ailəsi hələ ötən il də “Qafqazinfo”ya müraciət edərək mətbuat vasitəsilə onlara yardım edilməsini xahiş etmişdi. Məlumat ötən il dərc olunduqdan sonra rayon icra hakimiyyətindən nümayəndələr evə baxış keçirmiş və yardım edilməsi üçün vəsait ayrıldığını bildirmişdilər. Lakin qısa müddət sonra icra başçısı postuna edilən dəyişiklikdən sonra ailəyə heç bir yardım göstərilməmişdi.

Hazırki rayon icra başçısına dəfələrlə müraciət etdiklərini deyən M.Mehdiyevanın sözlərinə görə, hər dəfə söz versələr də Sosial Müdafiə Nazirliyinə heç bir sorğu göndərilməyib.

Xatırladaq ki, Minarə Mehdiyeva torpaq evdə qızı, üç nəvəsi və xəstə oğlu ilə birgə yaşayır. Oğlu 1 il əsgərlik çəkdikdən sonra vərəmə tutulduğu üçün ordudan təxris olunub və ciyərinin biri çıxarılan oğlu  xəstəliyinə görə cəmi 50 manat təqaüd alır./simsar/

404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı