Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Əhmədlidə yanan binanın sakinləri BŞİH-nə toplaşıblar

Aprel ayında Əhmədlidə yanan binanın sakinləri Bakı şəhər icra hamiyyətinə toplaşıblar.

Xatırladırıq ki, "Nargilə" kafesinin yaxınlığında yerləşən binalardan birində aprel ayının 10-da güclü yanğın baş vermişdi. Yanğına səbəb penoplast üzlük olmuşdu.

Yanğında insan itkisi olmasa da, sakinlərin əmlakına ciddi ziyan dəymişdi. Bakı şəhər icra hakimiyyətinin verdiyi vədlərə baxmayaraq artıq hadisədən ay yarım vaxt ötüb və onlara heç bir yardım göstərilməyib.

Bakı şəhər icra hakimiyyətinin qarşısına toplaşan sakinlər Hacıbala Abutalıbovun qəbuluna düşmək istəsələr də mer onları qəbul etməyib.

İcra hakimiyyətinin qarşısında toplaşan sakinlər narazıdırlar və tələb edirlər ki, icra orqanları onlara verdikləri sözə əməl etsinlər./ölkə/
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP