Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Şirvanda əhali özü binaların üzlüklərini sökür - Fotolar

İcra Hakimiyyətinin işçiləri isə kənardan onları qəzəblə seyr edir 

Bakıda baş verən yanğın hadisəsindən sonra təkcə paytaxtda deyil, həmçinin əyalətlərdə də binaların üzərinə vurulmuş poluretan örtüklərin sökülməsinə başlanılıb. Lakin analoji prosesin Şirvanda müşahidə edilmədiyi diqqəti çəkib. Bunun hansı səbəbdən baş vermədiyi isə kimsəyə məlum deyil.

Şirvan şəhərində də xeyli sayda tezalışan üzlüklə üzlənmiş binalar var və onların sökülməsinə bu gün başlanılıb. Amma söküntü işlərini Şirvanın İcra Hakimiyyəti deyil, yerli əhali özü aparır. Bu barədə məlumat verən Xalqxeber saytının rəhbəri, əslən Şirvandan olan Peyman Sadıqov bildirib ki, Bakıdakı yanğından sonra tezliklə söküntü işlərinə başlayanılacağını gözləyən sakinlər nəticə əldə etmədikdən sonra özləri işə əl qoyublar. Və bu gündən etibarən binaların üzlərini sökməyə start veriblər. 

İşin digər maraqlı tərəfi isə söküntü işlərinə Şirvan İcra Hakimiyyəti işçilərinin kənardan qəzəblə baxmasıdır. Onlar nə əhalinin işinə müdaxilə edə bilir, nə də əlavə qüvvə ayıraraq, onlara yardımçı olur. Halbuki bu söküntü işləri bilavasitə İcra Hakimiyyətlərinin nəzarəti altında aparılmalıdır. 




417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07
Suriya rəs