Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Üzlüklərin sökülməsi də biznesə çevirildi

Rayonlarda 5 mərtəbəli binanın üzünün sökülməsi 3000 manata başa gəlir, icra başçıları həmin pulları mənimsəyərək, işləri yerli idarələrə tapşırıb

Bakıda binanın yanmasından sonra tezalışan maddələrdən hazırlanmış üzlüklərin sökülməsinə start verilib. Artıq rayonlarda da belə üzlüklü binalarda söküntü işlərinə başlanılıb. Amma…

Həmin məlumata görə, bir 5 mərtəbəli binanın üzlüyünün sökülməsi 3000 manata başa gəlir. Fəhlə və texnika xərcləri olaraq sərf olunmalı pulları isə yerli icra başçıları qazanc mənbəyinə çevriblər. JAM.AZ-a daxil olan məlumata görə, hazırda söküntü işlərinə sənədlərdə fəhlələrin və texnikanın cəlb edildiyi qeyd edilsə də, bütün işlər yerli idarə və müəssisə rəhbərlərinə həvalə edilib. Yəni, həmin 3000 manatı icra başçıları ciblərinə qoyaraq, bütün işləri həmin idarələrin işçiləri vasitəsi həyata keçirir və bunun üçün bir qara qəpik də sərf etmirlər.

Hazırda söküntü işlərini biznesə çevirən rayonlardan bir neçəsinin adı məlumdur. Lakin bəzi səbəblərdən hələlik adlarını açıqlamırıq. Bu barədə geniş məlumat veriləcək./jam.az/
549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP