Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Təmas xəttində mina partlayışı, yanğın başladı

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər.

Ermənilər Tərtər rayonunun işğal altında olan mövqeylərindən Azərbaycan mövqeləri istiqamətində yanğınlar törədiblər.

Yanğın Tərtərin Seysulan kəndi istiqamətində başlayıb. Alovun Azərbaycan mövqelərinin nəzarəti altında olan Qapanlı kəndi istiqamətinə keçməsi təhlükəsi var.

Bu səbəbdən də, əraziyə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri cəlb olunub.

Qeyd edək ki, Qapanlı kənd sakinləri bildiriblər ki, yanğın zamanı mina partlayışları səsləri də eşidilir./ans/
516 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...