Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

“Balamı qanına qəltan edib üstümə göndərdilər”

FHN-nin hərbi hissəsində həlak olan Tapdıq Babaşovun anasından tükürpədən müraciət VİDEO

FHN-nin Biləcəridəki hərbi hissəsində xidmətdə olan və mayın 23-də dünyasını dəyişən Tapdıq Babaşovun anasının videomüraciəti yayılıb.

Youtube portalına mayın 24-də yerləşdirilən müraciətə belə bir mətn də əlavə olunub:

“Babaşov Tapdıq Əlizaman oğlu. 10.04.1992-ci ildə anadan olub. BDU-nun tarix fakultəsini qırmızı diplomla bitirib, əsgərliyə getmək üçün çox həvəsli idi, vətənini canından çox sevirdi, ona görə istəyirdi ki, cəbhə zonalarına düşsün, amma FHN-nə düşdü. Sağlamlıq durumunda da bir problem yox idi. 22.04.2015-ci ildə FHN-nin Biləcəridə yerləşən hərbi hissəsində qarantində olub, hərbi andiçmə də burada olub. Xəbər gəldi ki, 22.05.2015-ci il günorta saatlarında Tapdığı semaşkoya gətiriblər, səbəbi də guya binadan yıxılmağıdır. Semaşkoya gətiriləndə artıq can verirmiş, həkimlər yaşamağının möcüzə olacağını deyirlərmiş, əməliyyat olunub. Çünki, başı zərbədən darmadağın idi. Təssüf ki, yaşaya bilmədi, mayın 23-də artıq vəfat etdi. Ölüm hadisəsi çox faciəli olub. Məlumat var ki, ekspertiza da müəyyənləşdirib ki, Tapdığı əvvəl möhkəm döyüblər, başını dəmirə və ya möhkəm yerə çırpıblar, çünki alın nayihəsi batıq idi. Çəkməsinin birinin ipi yox idi, o iplə onun qollarını bağlayıblar, sonra boğazına da keçiriblər. Ayaqları da qırıq-qırıq olub, dabanları parçalanıbmış. Sonra da belə olduğunu görüb 3 ya 4-cü mərtəbədən yerə tullayıblar ki, iz itirsinlər. Bu qatillər,cinayətkarlar cavab verməlidir. Necə ola bilər ki,şəhərin mərkəzində, günün günorta çağı əsgəri döyüb binadan yerə atıb öldürürlər?! Ora dövlət strukturudur, dağ,dərə və ya poliqon deyil ki, bəhanə tapıb desinlər ki, guya yıxılıb nəsə olub. Rəsmilər araşdırıldığını deyir hələ ki, rəsmi nəticə yoxdur, niyə uzadırlar bu hadisəni,səbəb nədir? Ədalətli tədqiqat aparılsa həqiqət üzə çıxa bilər. Biz tələb edirik cinayətkarlar tapılsın. Orada başqa əsgərlər də var, başqa ailələr ağlar qalmasın.”

Əsgər anası müraciətində oğlunun öldürüldüyünü bildirir və əsgərlərin qeyri-döyüş şəraitində ölmələrinin qarşısını almaq üçün birləşməyə çağırır. Videomüraciəti təqdim edirik.
 

1057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01