Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Kiçik çavuş 7 əsgər yoldaşını güllələdi

Tunisdə kiçik çavuş 7 əsgər yoldaşını qətlə yetirib və sonra özünü öldürüb.

Bu haqda Tunisin Müdafiə Nazirliyi xəbər yayıb.

Nazirliyin sözçüsü Belhassen Oueslati mətbuat konfransında insidentin mayın 25-də baş verdiyini və çavuşun psixoloji problemi olduğunu bildirib.

Bundan başqa 10 əsgərin yaralandığı və onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

İnsidentin səbəbi hələlik bəlli deyil.

Həmin kazarma martın 18-də terror aktı törədilmiş Bardo milli muzeyinin yaxınlığında yerləşir.

Həmin terror aktında 22 nəfər ölmüşdü./ans/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP