Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Bakıda 76 yaşlı qadını maşın vuraraq öldürdü

Bakıda 76 yaşlı qadını avtomobil vuraraq öldürüb. Hadisə Nizami rayonu ərazisində, "Koroğlu" metro stansiyasının yaxınlığında qeydə alınıb.

1939-cu il təvəllüdlü Cəmilə Əli qızı yolu keçmək istəyərkən BMW markalı avtomobillə vurulub. Hadisədən sonra yaşlı qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisə Cəmilə Əli qızı yolu piyadalar üçün nəzərdə tutulan keçiddən yox, magistraldan keçərkən baş verib. Piyadanı vuran avtomobilin sürücüsünün də maşını yüksək sürətlə idarə etdiyi bildirilir./apa/
566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP