Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

İŞİD-in ələ keçirdiyi Palmira bombalandı

Suriyaya məxsus hərbi təyyarələr İŞİD-in Palmira şəhərindəki mövqelərinə hava zərbəsi endirib.

“AFP” agentliyinin verdiyi məlumata görə, əməliyyatı zamanı 160 yerüstü hədəfə zərbə endirilib.

Hərbçilər hava hücumu nəticəsində 50-dək terrorçunun məhv edildiyini bildirir. Terrorçulara məxsus silah-sursat anbarları məhv edilib, hərbi maşınlar sıradan çıxarılıb.

Suriya Hərbi-Hava qüvvələri Palmira şəhərinə gedən yolları, həmçinin, qaz yataqlarına yaxın əraziləri bombardman ediblər.

Ötən həftə İŞİD terror qruplaşmasının silahlıları qədim Palmira şəhərini ələ keçirib. Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.
571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu