Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

İŞİD beynəlxalq koalisiyadan daha mütəşəkkildir

Rusiya XİN-i hesab edir ki, İŞİD terror təşkilatının öz fəaliyyətini ABŞ-ın rəhbərliyi altında olan beynəlxalq koalisiyadan daha mütəşəkkil şəkildə həyata keçirir.

Bu barədə qurumun rəsmi saytı məlumat verib.

“Təəssüflə bildirməliyik ki, ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyasının bütün səylərinə baxmayaraq, İŞİD-in hərəkətləri daha mütəşəkkil görünür”, sənəddə bildirilir.

Bununla əlaqədar Rusiyanın xarici işlər idarəsi beynəlxalq və regional tərəfləri terror təhlükəsi ilə mübarizədə “ikili standartlardan” əl çəkməyə və İŞİD-lə mübarizə aparan Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etməyə çağırıb./apa/
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber