Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Qasim Süleymani: “ABŞ İŞİD-ə qarşı savaşda cəsarətli addımlar atmır”

“İŞİD taun və böyük beynəlxalq bəladır”.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Qasim Süleymani çıxış edib.
Onun sözlərinə görə, ABŞ İŞİD-ə qarşı savaşda cəsarətli addımlar atmır:
“Necə ola bilər ki, Amerika İraq xalqını himayə bəhanəsilə Ramadinin bir neçə kilometrliyində olsun, bu ölkədə qırğın və cinayətlər törədilsin, amma onlar tərəfindən heç bir addım atılmasın? Amerikanın bu rəftarı İŞİD ilə mübarizə üçün heç bir iradənin mövcud olmadığını göstərməkdən başqa bir şey deyil? İŞİD taun və böyük beynəlxalq bəladır. Biz İŞİD-in fəaliyyətinin qarşısında dayanacağıq. Əgər indi bu taun qonşu ölkələrdə başını qaldırıbsa, öz sərhədlərimizi qorumalı və virusa yoluxmuş ölkələrə bu bəladan qurtulmaq üçün kömək etməliyik”.
557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP