Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Məhkəmə Eldəniz Quliyevin 1000 manat ödəməsini tələb edir

Rejissorun cəza olaraq Nəsimi rayon 14 saylı Mənzil-İstismar Sahəsində ictimai işə cəlb olunması barədə qərar verılib

Nəsimi Rayon Məhkəməsinin icraçıları DİN rəhbəri Ramil Usubovun iddiasına əsasən kinorejissor Eldəniz Quliyevin 1000 manat ödəməsini tələb edirlər.
Bundan əlavə, E.Quliyev cəza olaraq Nəsimi rayon 14 saylı Mənzil-İstismar Sahəsində ictimai işə cəlb olunması barədə qərar verılib.
Kinorejissor bu cəzanı qanunsuz hesab edir. 47.4.4-cü maddəyə əsasən bu cəza pensiya yaşında olan şəxslərə təyin edilə bilməz. Bu barədə "Turan İA"-a E.Quliyev özü bildirib.
E.Quliyevin sözlərinə görə, onun daimi işi yoxdur və ona sifariş verilmir. Odur ki, cərimənin hissə-hissə ödənilməsini xahiş edib, lakin bundan imtina edilib.
E.Quliyev bununla, həmçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət edib. E.Quliyev həmcinin ictimai işə cəlb olunma barədə cəzanın ləğvini istəyir.
İşə iyunun 1-də Nəsimi məhkəməsində baxılacaq.
2014-cü il avqustun 20-də E.Quliyev Facebook səhifəsində yol polisinin hərəkətini tənqid edib. DİN rəhbəri bunu polis üçün təhqir və böhtan sayıb, şərəf və ləyaqətin qorunması ilə bağlı iddia qaldıraraq E.Quliyevin məsuliyyətə cəlb olunmasını tələb edib.
Oktyabrın 30-da məhkəmə E.Quliyevi 1000 manat cərimə edib və 480 saat ictimai işə cəlb edib. Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
E.Quliyev Demokratik Qüvvələrin Milli Şurasının üzvü və Ziyalılar Birliyinin rəhbəridir.
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı