Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Banan qabığının saysız faydası

Bananın özü faydalı meyvə olduğu kimi, onun qabığı da bir çox xeyirli xüsusiyyətlərə malikdir.

Belə ki, banan qabığında çoxlu vitamin və minerallar mövcuddur. Adətən bananın meyvəsini yeyib qabığını zibil qutusuna atmağa vərdiş etmişik. Ancaq əslində onun faydaları saymaqla bitməz. Bir çox sahədə banan qabığı bizim köməyimizə gələ bilər. Beləliklə sadalayaq...

Gümüşün cilalanması

Əgər siz sevimli bəzək və ya hər hansı xoşladığınız əşyanızın solduğunu, ilkgünkü parıltısını itirdiyini görürsünüzsə, əminliklə onların bu şəkildə ağardılmasına başlaya bilərsiniz: banan qabığını blenderlə xırdalayın, alınan kütləni diş məcunu halına gələnə qədər su ilə qarışdırın. Bir bez parçasını (yumşaq) alınan məhlula batırın və gümüş səthi cilalamağa başlayın. Prosedur zamanı siz səthin parladığını və əvvəlki kimi təmiz olduğunu görəcəksiniz. Sonra məhlulun qalıntılarını su ilə təmizləyin və yumşaq bez parçası ilə səthi qurulayın.

Ayaqqabıların təmizlənməsi

Banan qabığı özündə mum və yağ kimi təbii maddələr ehtiva edir ki, bu maddələr vasitəsilə dəri ayaqqabını təmizləmək və ona parlaqlıq vermək mümkündür. Bunun üçün ayaqqabının əvvəlcədən təmizlənmiş dəri səthini ehtiyatla banan qabığının yumşaq iç tərəfi ilə sürtmək lazımdır. Sonra isə yumşaq sellüloz dəsmal və ya quru bez ilə qurulayın.

Cızılmış DVD və ya  CD-lərin bərpası

Bu məsələdə banan qabığının faydası əvəzolunmazdır və bunun müqabilində elə də çox əziyyət çəkmək lazım gəlməyəcək. Cızılmış diski götürün və onu səs və videonun  oynadıldığı düz səthdən üzüyuxarı qoyun, etiket bu zaman aşağıda qalmalıdır, ilk öncə səthi bananla iki dəqiqə ərzində silin. Sonra yumşaq bezi şüşə səthlər üçün nəzərdə tutulan təmizlik vasitəsində isladaraq onunla diski banan qalıqlarından təmizləyin. Disk yaxşı quruduqdan sonra ondan yenidən keyfiyyətli şəkildə istifadə edə biləcəksiniz.

Dişlərin ağardılması

Əvvəlcə dişlərinizi gündəlik istifadə etdiyiniz adi diş məcunu ilə yuyun. Dişləriniz qismən təmizlənib, indi isə onları banan qabığının yumşaq iç tərəfi ilə təmizləmək zamanıdır və bu proses iki dəqiqədən az olmamalıdır. Banan qabığının tərkibində fosfor, maqnezium, kalsium, manqan, kalium kimi dişlər üçün olduqca faydalı minerallar vardır və bu minerallar diş minasını güclü şəkildə parıldatma xüsusiyyətinə malikdir. Bütün bunlardan sonra dişləri yenidən banan qalıntılarından təmizləmək və istənilən nəticəni əldə edənə qədər gün ərzində 1-2 dəfə bu proseduru təkrarlamaq lazımdır.

Tikanı çıxarma

Əgər tikanı çıxarmağa heç bir vasitə kömək etmirsə, onda köməyinizə yenə banan qabığı gələ bilər. Bunun üçün banan qabığını iç tərəfdən tikan ola yerə qoymaq və bintlə sarımaq və ya plastr vasitəsilə yapışdırmaq, 24 saat ərzində bu şəkildə qalmaq tövsiyə olunur. Qabıqda olan fermentlər bezdirici tikanı səthə çıxaracaq və bundan sonra onu çox rahat bir şəkildə dərinin üst qatından çıxara biləcəksiniz. Sonra tez sağalması üçün yaranı təmizləmək lazımdır.

Cızıqları sağaldır

Yaraların tez bir zamanda sağalmasına imkan verən yağ və fermentlər sayəsində banan qabığı sıyrıqlar, cızıqlar və günəş yanıqları, həşərat sancması kimi dəri zədələnmələrinin də sağaldılmasında yardımçı olur. Bunun üçün banan qabığını yumşaq tərəfindən yaranın, yanığın və həşərat dişləyən yerin üzərinə qoyaraq plastrla bərkitmək və ya onunla dərinin zədələnmiş hissəsini silmək kifayətdir. Bu proseduru dərinin sizi narahat edən zədələnmiş hissəsi tam şəkildə sağalana qədər hər gün davam etdirmək məsləhət görülür.

Təbii kosmetik vasitə kimi

Bu vasitə məhz üz dərisi, boyun, dekolte zonası, əllər üçündür. Bananın tərkibindəki fermentlər dərini minerallarla qidalandıraraq onu mükəmməl şəkildə təmizləyir və nəmləndirir, tərkibindəki antioksidantlar isə dezinfeksiyaedici təsir göstərərək dəri qatlarındakı iltihabı aradan qaldırır. Üzünüzü və bədəninizin digər hissələrini banan qabığının yumşaq hissəsi ilə təmizləməklə   siz dərinizin tez qocalmasının, quruluq və qırışların əmələ gəlməsinin qarşısını alır, dərinin təravətliliyini, sağlam rəngini və parlaqlılığını bərpa etmiş olursunuz.

Bitkilərin gübrələnməsi və təmizlənməsi

Banan qabığının tərkibində azot, maqnezium, fosfor, kalsium, kalium kimi maddələr vardır ki, bunlar bitkilərin keyfiyyətli artımı üçün faydalıdır. Bunu üçün banan qabığnı kiçik hissələrə bölmək və bitkinin dibinə qoyaraq üzərinə torpaq tökmək lazımdır. Bu yolla parçalanma prosesində torpağa qidalandırıcı maddələr daxil olacaq. Banan qabığını torpağa həmçinin gübrə ilə birlikdə də qoymaq olar, belə ki, gübrə də mineral qaynağıdır. Otaq güllərini banan qabığı ilə gübrələmək üçün qabığı sobada və ya təbii yolla qurutmaq, sonra qurumuş halda xırdalamaq, ən yaxşısı toz halında əzmək və bitkinin olduğu torpaqla qarışdırmaq lazımdır. Bu tozu tədarük etmək və periodik olaraq gül qabına əlavə etmək də olar. Təzə banan qabığının yumşaq hissəsi ilə isə güllərin yarpaqlarını silmək, bununla da onları çirklənmədən qorumaq, qidalandırmaq və parlaqlıqlarını bərpa etmək mümkündür.

Bitki bitləri ilə mübarizə

Banan qabığını böyük olmayan hissələrə doğrayıb azacıq qurudaraq bitkinin torpağına çox dərin olmaya şəkildə basdırsanız, bu, effektiv şəkildə bitkilərdə əmələ gələn bitlərin məhv edilməsində böyük rol oynayacaq.

Ziyillərin yox edilməsi

Əgər bütün aptek metodlarını və nənənizin məsləhətlərini tətbiq etmiş və ziyillərdən qurtula bilməmisinizsə, ümidsizliyə qapılmağa dəyməz. Köməyinizə yenə də bu kosmetik qüsuru tədricən aradan qaldırmağa sizə yardmçı olacaq banan qabığı gəlir. Bunun üçün sadəcə hər gecə yatmazdan öncə ziyilləri banan qabığı ilə kifayətdir – bütün sirr də sadəcə budur./sağlamolun/

853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:08