Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Səudiyyə Ərəbistanında dəfn mərasimi kütləvi aksiyaya çevrilib

Səudiyyə Ərəbistanının əl-Qədih rayonunda şiə məscidində törədilən partlayış qurbanlarının kütləvi dəfn mərasimi keçirilib.

"Əl Aləm" televiziya kanalına istinadla verdiyi xəbərə görə, onminlərlə insanın iştirak etdiyi dəfn mərasimi az müddət sonra kütləvi aksiyaya çevrilib. Aksiyaçılar təkfirçilərə və onlara maddi və mənəvi dəstək verənlərə ölüm şüarları səsləndiriblər.

Etirazçılar İmam Əli Məscidinə edilən hücumun məsuliyyətinin əsasən Səudiyyə Ərəbistanı hökumətinin daşıdığını bildiriblər. Onlar yerli hökumətdən ölkədə radikallıq, zorakılıq və təkfirçiliklə bağlı verilən fətvaların qarşısını almağı tələb ediblər.

Xəbər verdiyimiz kimi, ötən həftənin cümə günü Səudiyyə Ərəbistanının əl-Qətif əyalətinin əl-Qdih rayonunda İmam Əli Məscidinə girən kamikadze özünü namaz qılanların arasında partladıb. Burada 21 nəfər həlak olub, 50-dən çox insan yaralanıb./SalamNews/


522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı