Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Husiləri Ərəbistanının ən azı 10 əsgərini öldürüb

Yəmən ordusu və husilərin Səudiyyə Ərəbistanı ilə sərhəd bölgəsində qarşı tərəfin hərbi texnikalarına qarşı qurduğu pusqu nəticəsində ən azı 10 səudiyyəli əsgər ölüb.

Qeyd edək ki, məlumat hələlik təsdiqini tapmayıb.

Bu barədə SalamNews "Al Mayadeen"ə istinadla xəbər verir.

Məlumata əsasən, Yəmən ordusu və husilər sərhəd bölgəsindən Səudiyyə Ərəbistanı ərazisinədək uzanan Cəbəl Umm adlı ərazini tuta bilib.

Yəmənlilər Səudiyyə Ərəbistanının sərhəddə yerləşən Eynul Harrə, əl-Xubə və əl-Cabiri bölgələrindəki mövqelərini onlarla raketdən hədəfə alıblar. Səudiyyə Ərəbistanı isə Yəmənin Həcca, Səda, Şəbva və Təiz əyalətlərini bombalayıb.

Ümumiyyətlə, ötən gün Səudiyyə Ərəbistanı-Yəmən sərhədində gedən döyüşlər indiyədək tərəflər arasında qeydə alınan döyüşlərin ən şiddətlisi hesab edilir.
520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi