Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Azərbaycanda tanınmış biznesmen qətlə yetirildi

Kürdəmir rayonunda qətl törədilib.

Mayın 25-də gecə saatlarında rayonun Heydər Əliyev prospektindəki evin həyətində iş adamı, 1954-cü il təvəllüdlü Hacıəliyeva Sahibə Məhəmməd qızı 1990-cı il təvəllüdlü Nüsrətilov Şaiq Şahin oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir. Ş.Nüsrətilov saxlanılıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən S.Hacıəliyeva Kürdəmirdə, eləcə də bölgədə tanınmış biznesmenlərdən olub. Hacı Sahibə adı ilə tanınan iş adamının şəxsi yanacaqdoldurma məntəqəsi, eləcə də xeyli digər obyektləri olub./lentaz/
533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...