Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

İlqar İbrahimoğlu: “Əminik ki, Yəməndə haqq qüvvələr qalib gələcək”

“Bu, əslində bu günün məsələsi deyil. Tarixən də "güclü - haqlıdır" prinsipi zaman-zaman yeridilib, dünya üzrə hegemon qüvvələr istədikləri formatda hadisələrin cərəyan etməsinə cəhd ediblər. Dünya aydınları, hürrsevər qüvvələr də bu sürəci əngəlləməyə, ədaləti bərqərar etməyə çalışmışlar. Əhli-Beyt (ə) məktəbi bu məsələdə hər zaman avanqardda olub, bu gün də belədir”.

Bu sözləri FaktXeber.com-a ilahiyyatçı alim, DEVAMM sədri İlqar İbrahimoğlu dünya güclərinin Yəmənlə bağlı ikili standartlardan çıxış etməsinin səbəbləri ilə bağlı açıqlama verərkən qeyd edib.

“Hegemon qüvvələr azadxah insanları boyunduruğa salmaq üçün öz vassallarından hər zaman fəal surətdə istifadə edirlər və Səud rejimi Yəməndə bu gün həmin funksiyanı icra edir. Təbii ki, hegemon qüvvələrin nəzarətində olan nəhəng media-resurslar da dezinformasiya ilə məşğuldurlar. Amma bütün bunlar fayda verməyəcəkdir. Haqq gec-tez öz yerini tutur”.

Yəməndə baş verən proseslərlə bağlı proqnozlarını da açıqlayan DEVAMM sədri qeyd etdi ki, haqq qüvvələr mütləq formada qalib gələcəklər: “Yəmənlə bağlı əminliyimiz var ki, haqq qüvvələri mütləq qalib gələcəklər. Hegemon qüvvələr və əlaltılar məğlubiyyətə uğrayacaqlar. Bu, mütləq baş verəcək. İndiki mərhələdə, yaxud bir qədər sonra - bu, bir sıra amillərin nəticəsidir. Ola bilsin ki, indiki mərhələlərdə vəziyyət daha çox keçid status daşısın. Amma artıq Yəmən xalqı öz sözünü deyib - hegemon qüvvələr bu əraziləri, bu strateji dayağı itiriblər. Mümkündür ki, proses müxtəlif sürətlə getsin, amma vektor artıq bəllidir”.
961 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı