Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Dəhşətli istilər can alır: 800 ölü

Hindistanın cənubundakı Andxra Pradeş və Telanqana ştatlarında anomal isti hava 800-dən çox adamın ölümünə səbəb olub.

“RİA Novosti”nin verdiyi xəbərə görə, ölənlərin əksəriyyətinin yaşayış yeri olmayan şəxslərin olduğu bildirilir.

Ölkədə ən dramatik vəziyyət Andxra Pradeş və Telanqa ştatlarında müşahidə olunur. Belə ki, son 24 saat ərzində bu ştatlarda ən azı 750 nəfər ölüb.

Ən yüksək temperatur – 47 dərəcə isti Andxra Pradeş ştatında, Maçilipatan və Tuni şəhərlərində qeydə alınıb.

Meteoroloqlar havanın temperaturunun yaxın günlərdə artacağını proqnozlaşdırır. Yerli hakimiyyət qurumları əhaliyə evlərini tərk etməməyi tövsiyə edir.

Qeyd olunan bölgələrdə aprel may aylarında havanın temperaturu 40 dərəcədən yuxarı olur.
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52