Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Dollar bahalaşdı, avronu ötdü

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Bankın verdiyi məlumata görə, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0493-dən 1.0495 AZN-ə yüksəlib.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1529-dan 1.1485-ə qədər ucuzlaşıb.

Rusiya rublunun kursunda isə dəyişiklik müşahidə edilməyib. 1 rublun dəyəri hazırda 0.0210 manat təşkil edir.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
560 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber